525.Az

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlanacaq


 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflər hazırlanacaq<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün fəaliyyətlərə dair təkliflər hazırlayacaq.
 
APA-nın məlumatına görə, bu barədə AŞPA Monitorinq Komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair alt komitəsinin mayın 15-də keçirilmiş iclasında qərar verilib.

Qərara əsasən həmməruzəçilər təkliflərini oktyabrda keçiriləcək AŞPA sessiyası çərçivəsindəki iclasların birində təqdim edəcəklər.
 
Alt komitənin növbəti iclasının iyunun 9-da Vyanada keçirilməsi qərara alınıb.
 





23.05.2017    çap et  çap et