525.Az

Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanladı


 

Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanladı<b style="color:red"></b> Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
 
“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.
 
Azərbaycan dövlət başçısını 28 May-Respublika Günü münasibəti ilə həmçinin Niderland kralı Villem-Aleksandr, Norveç kralı - V Harald, Belçika kralı Filip və İsveç kralı Karl Qustav təbrik ediblər.
 





23.05.2017    çap et  çap et