525.Az

Azərbaycan Kültür Dərnəyinin rəqs qrupu ilk dəfə səhnəyə çıxacaq


 

Azərbaycan Kültür Dərnəyinin rəqs qrupu ilk dəfə səhnəyə çıxacaq<b style="color:red"></b>

Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin nəzdində yaradılan Xalq Rəqsləri Qrupu ilk konsertini verəcək.

Həm də qrupun təqdimatı xarakteri daşıyan konsert mayın 19-da - Atatürkü Anma, İdman və Gənclik Bayramı günündə keçiriləcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankaradakı Milli Kitabxananın zalında keçiriləcək konsertə Azərbaycan musiqisinin güclü səsi Cavid Təbrizli də qonaq sənətçi kimi iştirak edəcək.

Azərbaycan Kültür Dərnəyi Xalq Rəqsləri Qrupu 2012-ci ilin noyabrında yaradılıb. Qrupun bədii rəhbəri Türkiyədə illərdir Azərbaycan milli rəqslərini yaşadan Azərbaycan əsilli sənətçi Gülçöhrə Sibel Sanqudur.

TRT

 





07.05.2013    çap et  çap et