525.Az

"Mahmud Abbas İsraillə danışıqlara dərhal başlamağa hazırdır"


 

"Mahmud Abbas İsraillə danışıqlara dərhal başlamağa hazırdır"<b style="color:red"></b> Fələstin lideri Mahmud Abbas ABŞ prezidenti Donald Trampla görüşdə İsraillə danışıqlara dərhal başlamağa hazır olduğunu bildirib.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. 
 
“Prezident Tramp və prezident Abbas fələstinli və israillilər arasında uzunmüddətli sülhün əldə olunmasına sadiq olduqlarını təsdiqləyiblər… Liderlər danışıqlar prosesinin inkişaf etdirilməsi yollarını və ərəb ölkələrinin bu işdə mümkün töhfəsini nəzərdən keçiriblər. Prezident Abbas danışıqlara dərhal başlamağa hazır olduğunu bildirib”, - deyə Ağ Evin məlumatında bildirilir.  
 
Qeyd edək Tramp ötən gün Fələstinə səfər edib.
 





24.05.2017    çap et  çap et