525.Az

Mədəniyyət və Turizm Nazirliyinin təqdim etməli olduğu 5 elektron xidmət ləğv edildi


 

Mədəniyyət və Turizm Nazirliyinin təqdim etməli olduğu 5 elektron xidmət ləğv edildi<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyinin təqdim etməli olduğu 17 elektron xidmətdən 5-i ləğv edilib.
 
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edib.
 
Bura mehmanxana, istirahət evləri, pansionlar və digər analoji yerləşdirmə obyektlərinin ballarının onlayn hesablanması, qeydiyyatı və kateqoriyaların verilməsi xidmətləri, kino üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi, şəhər, rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının onlayn təqdim edilməsi, fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların verilməsi və Mədəniyyət və Turizm Nazirliyinin CİS naviqasiya sistemi üzrə elektron xidmətlər daxildir.
 





24.05.2017    çap et  çap et