525.Az

"Mətbuat dilin səlisliyinin qorunmasına fikir vermir"


 

"Mətbuat dilin səlisliyinin qorunmasına fikir vermir"<b style="color:red"></b>

"Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir. Biz alimlərdən soruşurlar ki, siz haradasınız?"

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, mültikulturalizmin elmi əsaslarını da mütləq təhlil etmək lazımdır:
 
"Azərbaycan tarixini saxtalaşdıranlara qarşı mübarizəmiz də dönməz olmalıdır".

AMEA prezidenti qeyd edib ki, bu gün dünyada elm maliyyə axtarır:
 
"Ancaq alimlərimiz Avropa, dünya qrantları üçün müraciət etmir və qrantlardan istifadə etmir.

İnstitutların direktorlarından tələb edirəm, qrant məsələsinə xüsusi diqqət yetirilməlidir".

 





24.05.2017    çap et  çap et