525.Az

Gələn ay NATO-ya yeni üzv qəbul olunacaq


 

Gələn ay NATO-ya yeni üzv qəbul olunacaq <b style="color:red"></b>

Monteneqro iyunun əvvəlində NATO-nun tamhüquqlu üzvü olacaq.

Trend-in məlumatına görə, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, NATO ölkələri Monteneqronun alyansa daxil olması haqqında protokolun ratifikasiyası prosesini başa çatdırırlar:

"Biz mayın 25-də NATO-nun sammitində bu ölkənin Baş nazirini alqışlayacağıq və gözləyirik ki, Monteneqro iyunun əvvəlində alyansın 29-cu üzvü olacaq".

 





24.05.2017    çap et  çap et