525.Az

Enerji sektorunda əcnəbi işçi qüvvəsi 8-10 faiz təşkil edir


 

Enerji sektorunda əcnəbi işçi qüvvəsi 8-10 faiz təşkil edir<b style="color:red"></b>

"Əcnəbi işçilərin Azərbaycanda işə cəlb olunması məsələsinə Dövlət Miqrasiya Xidməti (DMX) çox diqqətlə yanaşır. Dövlət Xidməti olaraq bizim marağımızdadır ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar".
 
APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xəzər - Avropa İnteqrasiya İşgüzar klubunun üzvləri ilə görüşdə deyib.

Xidmət rəisi bildirib ki, Azərbaycanda əcnəbi işçilərin işə cəlb olunması kvota əsasında həyata keçirilir, bununla bağlı 2016-cı ildə qanun təsdiq olunub: "O iş yerlərinə ki, Azərbaycan vətəndaşı üçün vakant yer yoxdursa, ora xarici vətəndaşlar cəlb olunur. Artıq kvota məsələsində də azalma baş verib. Enerji sektorunda əgər əcnəbi işçi qüvvəsi 2012-ci ildə 30-35% idisə, artıq bu gün 8-10%-ə endirilib. Bu da Azərbaycanda olan şirkətlərin bəzi kadrların hazırlanmasına önəm verməsindən irəli gəlir. Biz bu məsələni diqqətdə saxlayırıq".

 





24.05.2017    çap et  çap et