525.Az

Məhkəmənin çağırışına gəlməyən vəkil həbs edildi


 

Məhkəmənin çağırışına gəlməyən vəkil həbs edildi<b style="color:red"></b> Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Yarəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N. Yarəliyevlə bağlı qərar elan olunub. 
 
İndiyə kimi iclaslara gəlməyən N. Yarəliyev prosesə gətirilib. Məhkəmənin qərarı ilə ev dustaqlığında olan N. Yarəliyev həbs edilib.
 
Proses mayın 26-da davam etdiriləcək, həmin gün hökm oxunacaq.
 
 
Qeyd edək ki, prokuror onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
İttihama görə, N. Yarəliyev vəkil kimi fəaliyyət göstərdiyini deyərək, təqsirləndirilən şəxsi Şəki Ağır Cinayətlər Məhkəməsində azadlığa buraxdıracağını deyib. O, təqsirləndirilən şəxsin yaxını Təranə İbrahimovanın etibarından sui-istifadə edərək, onlara qarşı 15 min ABŞ dolları məbləğində dələduzluq edib.
 





24.05.2017    çap et  çap et