525.Az

Roma Papasından prezidentə məktub


 

Roma Papasından prezidentə məktub <b style="color:red"></b> Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, məktubda deyilir:
 
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram.

Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.
 





24.05.2017    çap et  çap et