525.Az

Prezidentə təbriklər gəlməkdə davam edir


 

Prezidentə təbriklər gəlməkdə davam edir<b style="color:red"></b> Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, M. Hüseynin məktubunda deyilir:
 
“Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür.
 
Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
 
İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Bolqarıstan prezidenti Rumen Radev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İtaliya prezidenti Sergio Mattarella, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Hindistan prezidenti Pranab Mukherci və Qırğızıstan prezidenti Almazbek Atambayev təbrik ediblər.
 





24.05.2017    çap et  çap et