525.Az

"Mançester Yunayted" ilk dəfə Avroliqanın qalibi oldu


 

"Mançester Yunayted" ilk dəfə Avroliqanın qalibi oldu<b style="color:red"></b>

Avroliqada 2016/2017 mövsümünə yekun vurulub.

Qol.az-ın məlumatına görə, bu gün qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib.

Stokholmdakı həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşaya “qırmızı şeytanlar” kubokun sahibi olub. 

Qeyd edək ki, "Mançester Yunayted" bu çempionluq sayəsində növbəti mövsüm ÇL-də oynamaq hüququ qazanıb. “Ayaks” isə uduzsa da, Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-ə qatılacaq.

Avroliqa

FİNAL

24 may

“Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə) - 0:2
Qollar
: Poqba, 18, Mxitaryan, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm. “Friends Arena”

 





25.05.2017    çap et  çap et