525.Az

Ötən həftə ölkə ərazisində 26 əcnəbi saxlanılıb


 

Ötən həftə ölkə ərazisində 26 əcnəbi saxlanılıb<b style="color:red"></b>

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

Xidmətdən 525.az-a verilən məlumata görə, sentyabrın 24-28-də DMX tərəfindən Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 26 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

BƏXTİYAR

 





01.10.2012    çap et  çap et