525.Az

Tramp: "Şimali Koreya sahillərində ABŞ-ın 2 sualtı qayığı var"


 

Tramp: "Şimali Koreya sahillərində ABŞ-ın 2 sualtı qayığı var"<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp filippinli həmkarı Rodriqo Duterte ilə telefon söhbəti zamanı Şimali Koreya sahillərində Amerikaya məxsus iki sualtı qayığın olduğunu xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "USA Today" məlumat yayıb.

"Tramp və Duterte Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın nüvə ambisiyalarını müzakirə ediblər. Çinin Şimali Koreya liderinin qarşısının alınmasında öz rolunu oynayacağından danışan Tramp Duterteyə deyib: bizim orada kifayət qədər qüvvəmiz var. Bizim dünyada ən yaxşı olan iki sualtı qayığımız oradadır, biz onları istifadə etmək istəmirik", - deyə nəşr yazıb.

 





25.05.2017    çap et  çap et