525.Az

"Moody's" Beynəlxalq Bankın borcları ilə bağlı hesablamalara inanmır


 

"Moody' width=234 hspace=5 vspace=5 border=1 align=left />

"Ölkə hökumətinin son illərdə Azərbaycan Beynəlxalq Bankına (ABB) yardım etməsindən sonra birdən-birə siyasətini dəyişərək borcları kreditorlarla öz arasında bölməsi bizim üçün sürpriz oldu".

"Report" xəbər verir ki, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin deyib.

P.Paklin Azərbaycan Maliyyə Nazirliyinin ABB-nin borcları ilə bağlı apardığı hesablamalara inanmadığını deyib: "Mən artıq ABB-yə və Maliyyə Nazirliyinin hesabatlarına inanmıram. Bu problemlər gözlədiklərimizdən də çox ola bilər".

"ABB-nin sağlamlaşdırılması prosesi dövlət büdcəsinə daha çox ziyan gətirə, Azərbaycanın xarici layihələrinin maliyyələşdirilməsinə mane ola bilər", - deyə "Moody's" rəsmisi qeyd edib.

 





25.05.2017    çap et  çap et