525.Az

Bitkoin rekord qırmaqda davam edir


 

Bitkoin rekord qırmaqda davam edir<b style="color:red"></b>

Bitkoin virtual kriptovalyutanın qiyməti bugünkü birja hərracları zamanı 2 700 ABŞ dollarına yüksələrək yeni rekord səviyyəyə çatıb.

"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, buna səbəb getdikcə daha çox şirkətin bitkoinlə işləməyə hazır olmasını bildirməsidir. Belə ki, Yaponiyanın "PeachAviation" aviaşirkəti tezliklə bitkoin vasitəsilə bilet sata biləcəyini açıqlayıb.

Kriptovalyutaya tələb investorların siyasi risklərdən uzaq qalmaq istəməsi ilə yüksəlir. Qeyd edək ki, hazırda bitkoinə ən böyük tələb Yaponiyadan gəlir. Baxmayaraq ki, yapon yeni onsuz da maliyyə bazarlarında risksiz valyuta sayılır.

Xatırladaq ki, 7 il əvvəl 5 dollarlıq bitkoin alan insan hazırda onu 4,4 mln. dollara sata bilər. İlin əvvəlindən isə bitkoinin qiyməti 1 700 dollar və ya 2,8 dəfə artım göstərib.

 





25.05.2017    çap et  çap et