525.Az

Daha bir kəndə ilk dəfə təbii qaz verildi


 

Daha bir kəndə ilk dəfə təbii qaz verildi<b style="color:red"></b> Bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”İB-nə istinadən xəbər verir ki, tədbirdə qurumun, eləcə də Rayon İcra Hakimiyyətinin və təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki,364 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 837 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 21 911 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağcabədi rayonunun Qaravəlli kəndində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə bu yaşayış məntəqəsinə də "mavi yanacaq" veriləcək.
 





25.05.2017    çap et  çap et