525.Az

ADA Universitetində "Məktəbdən universitetə gedən yol"


 

ADA Universitetində "Məktəbdən universitetə gedən yol" <b style="color:red"></b>

ADA Universitetində "Məktəbdən universitetə gedən yol" adlı layihə çərçivəsində tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri Xətai rayonu 221 nömrəli məktəbin 6 müəllimi və 32 nəfər 10-11-ci sinif şagirdi iştirak edib.

Ali məktəbdə olduqları müddətdə şagirdlər universitet həyatı ilə tanış olublar. Universitetin müəllimi Emin Abbasov şagirdlərə universitet və bəzi ixtisaslar barədə məlumat verib, prezentasiya ilə çıxış edib.

Həmçinin universitetin fəal tələbəri şagirdlərlə tələbəlik dövrü fəaliyyətləri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir müzakirlələrlə davam edib, şagirdlər maraqlandıqları sualları universitet müəllimlərinə və tələbələrə ünvanlayıb.

Qeyd edək ki, layihənin rəhbəri Bakı şəhəri Xətai rayonu 221 nömrəli məktəbin informatika müəllimi İlahə Həmidovadır. Layihənin mahiyyəti məktəbin ən fəal və əlaçı yuxarı sinif şagirdlərinin universitetlərə ekskursiyasının təşkil edilməsidir.

İ.Həmidova bildirib ki, şagirdlərinin gələcəyinin doğru yönləndirilməsi üçün əlindən gələni etməyə çalışır: "Şagirdlər hər gün çoxsaylı informasiya qəbul edir, gözlə görünən informasiya, biliyin praktik mənimsənilməsi isə daha etibarlıdır. Bu layihə həm də onların gələcək barədə quracaqları planlarına motivasiya olacaq".

Onun sözlərinə görə, ADA Universitetində keçirilən tədbir bir ilkdir: "Məktəbimizin yuxarı sinif şagirdləri arasında keçirilən sorğuda onlar ən çox bu ali məktəbi görmək istədiklərini bildirdilər".

 





25.05.2017    çap et  çap et