525.Az

Gələn ay Bakıda XX Xəzər Neft-Qaz Konfransı keçiriləcək


 

Gələn ay Bakıda XX Xəzər Neft-Qaz Konfransı keçiriləcək<b style="color:red"></b>

İyunun 4-7-də Bakıda XX illik Xəzər Neft-Qaz Konfransı (Caspian Oil and Gas Conference) keçiriləcək.

“APA-Economics”in xəbərinə görə, BP, ARDNŞ, TAP və “Nabucco” şirkətləri konfransda iştirak edəcəklərini artıq təsdiqləyiblər.
 
Azərbaycan prezidenti İlham Əliyevin patronajlığı altında keçiriləcək illik ənənəvi konfransın iştirakçıları enerji ehtiyatlarının diversifikasiyası, dünya neft bazarlarında qiymət dəyişiklikləri, qazın qiymətinə təsir edən amillər, Xəzər regionundan nəql marşrutlarının müxtəlifliyinə təsir edən nəqliyyat qərarları, Azərbaycanda neft-qaz kəşfiyyatı və s. məsələləri müzakirə edəcəklər.
 
Konfransda “BP-Azerbaijcan” şirkətinin prezidenti Qordon Birell, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyinin energetika məsələləri üzrə baş direktoru Detlef Dauk, “BP-Azerbaijcan” şirkətinin “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk, TAP qaz kəmərinin icraedici direktoru Kjetil Tunqland, “Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek məruzə ilə çıxış edəcəklər.

 





08.05.2013    çap et  çap et