525.Az

Aleks Ferqyüson gedir?


 

Aleks Ferqyüson gedir?<b style="color:red"></b>

“Mançester Yunayted” klubunun şotlandiyalı çalışdırıcısı Aleks Ferqyüson həftəsonu karyerasını bitirə bilər. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Klub nümayəndəsi 71 yaşlı çalışdırıcının getdiyini, nə təsdiq, nə də təkzib edib. Bununla bağlı “Mançester Yunayted” rəhbərliyinin susması klub rəhbərliyi ilə razılığa gələ bilməmələri ilə əlaqədardır. Belə ki, bu xəbər "M.Y."nun sahibi olan Qleyzerlər ailəsinin aksiyalarına əməlli-başlı təsir edə bilər.

A. Feryüsonun mayın 12-də “Suonsi” klubu ilə oyundan sonra öz karyerasını bitirməsini elan edəcəyi gözlənilir. Xatırladaq ki, Ferqyüson 1986-cı ildən klubda məşqçidir. Onun komandası iyirmi dəfə İngiltərə çempionu olub.

 





08.05.2013    çap et  çap et