525.Az

Tampın FTB rəhbəri postuna irəli sürdüyü namizəd təklifdən imtina etdi


 

Tampın FTB rəhbəri postuna irəli sürdüyü namizəd təklifdən imtina etdi<b style="color:red"></b> ABŞ-ın sabiq senatoru və ABŞ Demokratlar Partiyasından vitse-prezident postuna sabiq namizəd 75 yaşlı Co Liberman Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsindən imtina edib. 
 
APA-nın “The Wall Street Journal”-a istinadən verdiyi xəbərə görə, prezident Donald Trampın adına  ünvanladığı məktubda Co Liberman FTB rəhbəri postunda çalışacağının maraqların münaqişəsinə səbəb olacağından ehtiyatlandığını bildirib.

Belə ki, Liberman “Trampın Rusiya ilə əlaqələri” işi çərçivəsində prezidentin müqavilə bağladığı vəkilin şirkətində çalışdığını qeyd edib.   
 
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Co Libermanın FTB rəhbəri postuna real namizəd olduğunu  açıqlayıb. 
 
Tramp daha əvvəl  FTB direktoru Ceyms Komini vəzifəsindən azad edib. Prezident qərarını Kominin səlahiyyətlərini icra edə bilməməsi ilə əlaqələndirib.
 





26.05.2017    çap et  çap et