525.Az

"Argentina Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır"


 

"Argentina Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır"<b style="color:red"></b> "Rəsmi Buenos-Ayres Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır".
 
Bunu APA-ya Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib.

O bildirib ki, münaqişə ciddi narahatlıq yaradır:

“Biz bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişənin sülh yolu ilə həlli bütün region üçün yararlıdır və regionun inkişafı üçün yeni imkanlar yaradacaq.
 
Dəfələrlə bəyan etmişik ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu ölkənin müstəqilliyini beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanımışıq”.
 





26.05.2017    çap et  çap et