525.Az

Suares sıradan çıxdı


 

Suares sıradan çıxdı <b style="color:red"></b>

"Barselona"nın futbolçusu Luis Suares 15 gün yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb onun məşq zamanı sağ ayağından zədələnməsidir.

Qeyd edək ki, "Barselona" mayın 27-i İspaniya kubokunun finalında "Alaves"lə qarşılaşacaq. L.Suaresin bu görüşü cəza səbəbindən buraxacağı əvvəlcədən məlum idi.

 





26.05.2017    çap et  çap et