525.Az

Trampın limuzini Belçikada kral sarayının darvazasından keçə bilmədi


 

Trampın limuzini Belçikada kral sarayının darvazasından keçə bilmədi<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın limuzini Brüsseldə kral sarayının darvazasından keçə bilməyib.
 
APA-nın məlumatına görə, bu barədə “La Libre Begique” yazıb.
 
Bildirilir ki, bu səbəbdən Donald Tramp və Melaniya Tramp avtomobili tərk etmək və sarayın həyətində piyada daxil olmaq məcburiyyətində qalıblar.
 
Qeyd olunur ki, adətən kralın qəbuluna gedən dövlət başçıları həyətə daxil olana kimi avtomobilini tərk etmirlər.
 
Trampın “Yırtıcı” adlı “Kadillak” markalı zirehli limuzini 1,2 milyon dollar dəyərindədir.
 





26.05.2017    çap et  çap et