525.Az

Ukrayna səfiri Tərcümə Mərkəzində


 

Ukrayna səfiri Tərcümə Mərkəzində<b style="color:red"></b>

Ukrayna səfiri Oleksandr Mişenko Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan–Ukrayna xalqları arasında uzun illər davam edən milli-mənəvi doğmalıqdan, ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Moris Simaşko, Aleksandr Mardan, İqor Pavlyuk kimi tanınmış Ukrayna ədiblərinin əsərlərindən söz açılıb. Eləcə də yaxın günlərdə Azərbaycan dilində nəşr olunmuş “Ukrayna poeziyası antologiyası” kitabı qonağa təqdim edilib.

Bundan başqa, tezliklə Kiyevdə işıq üzü görəcək “Müasir Azərbaycan poeziyası antologiyası”nın Ukrayna kitabxanalarına və universitetlərinə yerləşdirilməsi məsələləri müzakirə olunub.

Görüşün sonunda səfir tərəfindən Ukrayna xalqının rəmzlərindən olan başınağacı təsvirli suvenir Mərkəzə hədiyyə edilib.

 





26.05.2017    çap et  çap et