525.Az

Braziliyada Azərbaycanın respublika günü qeyd olundu


 

Braziliyada Azərbaycanın respublika günü qeyd olundu<b style="color:red"></b>

Mayın 24-də Braziliyada Azərbaycanın bu ölkədə səfirliyi 28 may - Respublika gününə ilə bağlı tədbir keçirib.

Səfirlikdən verilən məlumata görə, tədbirə Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-in nümayəndələri və iş adamları qatılıblar.

Tədbirdə səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika günü barədə ətraflı məlumat verərək qeyd edib ki, 1991-ci ildə müstəqiliyi bərpa etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlib və prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevirib.

Həmçinin, səfir öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırıb.

E.Poluxov Azərbaycan-Braziliya dövlətərarası əlaqələrin dinamikası və inkişafı barədə danışıb.

Sonra Braziliya Milli Koqresinin Deputatlar palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajado çıxış edib.

Çıxışı zamanı o bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir.

Ceyhun ABASOV

 





26.05.2017    çap et  çap et