525.Az

“Dövlət qurumlarında 6000-dən çox vakansiya var”


 

“Dövlət qurumlarında 6000-dən çox vakansiya var”<b style="color:red"></b> “Dövlət qulluğuna qəbul II mərhələdən ibarətdir. I mərhələnin - test imtahanlarının keçirilmə qaydaları və qiymətləri təsdiqlənib”.
 
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-nin “Günün nəbzi” proqramında deyib.
 
M. Abbaszadə qeyd edib ki, II mərhələnin - müsahibə mərhələsinin keçirilmə qaydaları isə təsdiqlənməyib:
 
“Bu yaxınlarda Milli Məclisdə dövlət qulluğuna dair qanunda hansısa dəyişikliklər nəzərdə tutulub. O dəyişikliklər müəyyən müzakirələrdən sonra qəbul olunacaq.
 
Bundan sonra bizim hüquqi-normativ sənədlərimiz tam paket halında olacaq və leqal, hüquqi mühitdə dövlət qulluğuna qəbul prosesinə başlayacağıq. Bizim dövlət qurumlarımızda 6000-dən çox vakansiya var.

Dövlət qulluğuna qəbul imtahanlarının vaxtlı-vaxtında təşkil edilməsi çox vacibdir. Amma imtahanı keçirmək üçün mütləq hüququ mühit olmalıdır. Təəssüflər olsun ki, bu, mürəkkəb və vaxt aparan bir prosesdir”.
 





26.05.2017    çap et  çap et