525.Az

Bülənt Ərsoyu ilan vurdu


 

Bülənt Ərsoyu ilan vurdu<b style="color:red"></b> Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu ilan vurub.
 
APA-nın “Hüriyet'ə istinadən verdiyi məlumata görə, hadisə Hindistanda baş verib.
 
B. Ərsoy bir qrup sənətçi ilə birlikdə “Dünya gözəllərim” adlı proqramın çəkilişləri üçün Hindistana yollanıb. 46 dərəcə istidə aparılan çəkilişlərin fasiləsində B. Ərsoy dincəlmək üçün çəmənliyə uzanıb. Bu zaman onu ilan vurub. Ətrafdakılar ilanı öldürüb.
 
Sol ayağından yara alan sənətçi ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
 





26.05.2017    çap et  çap et