525.Az

Jestlərlə idarə edilən dron


 

Jestlərlə idarə edilən dron <b style="color:red"></b>

“DJI” şirkəti kompakt “Spark” kvadrokopterini təqdim edib. Başlanğıc qiyməti 499 dollar təşkil edən dron şirkətin istehsal xəttində ən ucuz pilotsuz uçan aparatı hesab edilir.

AzərTAc “theRunet” resursuna istinadən bildirir ki, çəkisi 300 qram olan dronun yığılmış vəziyyətdə uzunluğu 14 sm-ə bərabərdir. Lakin yeni qurğunun başlıca fərqi onun jestlərlə idarə edilməsindədir. Belə ki, digər dronların idarə edilməsi üçün smartfon və ya ayrıca kontrollerdən istifadə tələb olunur.

“DJI Spark” istifadəçinin hərəkətlərini tanıyaraq onun göstərdiyi istiqamətə uçur. Beləliklə, asanlıqla idarə edilən qurğu “selfie” çəkilişlərini aparmağa imkan verir. Həmçinin yerə eniş üçün jestlərdən istifadə mümkündür. Videoda pilotsuz uçan aparatın istifadəçinin əlinin içindən qalxaraq sonradan enməsi göstərilib. Drona, həmçinin kontroller qoşmaq, eləcə də idarəetməni proqram vasitəsilə həyata keçirmək olar.

Məlumata görə, 12 meqapikselli kamera ilə təchiz edilən aparatın uçuş sürəti saatda 50 km təşkil edir. Qurğu maneələri “görərək” toqquşmalardan yayınır. Siqnal itən zaman “Spark” qalxma nöqtəsinə qayıdır. Akkumulyatorun enerjisi 20 kilometr/saat sürətində 16 dəqiqəlik uçuş üçün hesablanıb. Batareyanı USB kabel vasitəsilə portativ akkumulyatorla enerji ilə doldurmaq mümkündür.

 





26.05.2017    çap et  çap et