525.Az

Bu şənbə "525-ci qəzet"də - ANONS


 

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN!

Bu şənbə "525-ci qəzet"də - <b style="color:red">ANONS</b>

- "Musiqimizdə özəl yeri olan bəstəkar" - "Səhər-səhər" rubrikasını davam etdirən Xalq yazıçısı Anar Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yaradıcılıq yoluna işıq tutur;

- "Baş prokurorla bağlı dediyim bir fikrə sözardı" - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Əfv Komissiyasının fəaliyyətindən yazır;

- "Əhməd Ağaoğlunun bir məktubu haqqında" - Vilayət Quliyev tarixin tozlu vərəqlərini çevirir;

- "Yaddaşı oyadan simalar" - Siyavuş Məmmədzadə oxucuları nostaljiyə kökləyir;

- "Dörd ölüm, dörd söz" - Kamil Vəli kövrək notlara toxunur;

- "Sonun əvvəli və ya ruhun qürub çağında" - Sadıq Elcanlı Xalq yazıçısı Elçinin "intihar" hekayəsindən danışır;

- "Tarixə düşən fərəhli ömür" - Azərbaycanın Əməkdar inşaatçısı Zina Salamzadə Fərəh Şəkinskayanı xatırlayır;

"Bədii dilin poetikası" - Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev tanınmış yazıçı Kamal Abdullanın yenicə çap edilən "Kitabi-Dədə Qorqud" poetikasına giriş" monoqrafiyasından söz açır;

- "Dadını kim bilir olmayanların - olmayanlar olmur... olan yaxşıdı" - Vaqif Bəhmənlidən yeni şeirlər;

- "Yaşamaq istəyirəm, ata!" - Xalid Qüdrətoğlu yazır;

- "Gəl gör, məni eşq neylədi..." - Şahanə Müşfiq "Yunus Emre - Aşka yolculuk"dan yazır;

- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında" - Professor Şirməmməd Hüseynov Cümhuriyyətin önəmli simalarından olan Mirzəbala Məmmədzadənin 3 məqaləsini təqdim edir;

- "Çingiz Mehdipur, "Dalğa" aşıqlar qrupunun konsert afişası və Türkmən qalstuku" Əhməd Oğuz yazır;

- Auqsburqda Azərbaycan multikulturalizmi ehtişamı;

- "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları: Azərbaycanın parlaq qələbəsi - Şərh;

- "Xalq Əmanəti"nə çevrilən misilsiz istedad nümunələri" - Görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin yaradıcılığına həsr olunmuş sərgidən reportaj;

- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;

- və s.

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN!

 





27.05.2017    çap et  çap et