525.Az

"Rusiya Polad Bülbüloğlunun YUNESKO baş katibliyinə namizədliyini dəstəkləyir"


 

"Rusiya Polad Bülbüloğlunun YUNESKO baş katibliyinə namizədliyini dəstəkləyir"<b style="color:red"></b> "Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.
 
"Rusiya və Azərbaycan bütün beynəlxalq arenalarda, BMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, Xəzər beşliyi və digər təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.

Əlbəttə ki, bu ilin yazında dostumuz Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyi vəzifəsinə namizədliyi uğrunda seçki kampaniyasına Rusiyanın tam dəstəyi ilə başlanıldı. Biz, Polad Bülbüloğluna səmimi qəlbdən uğurlar arzu edirik".
 





27.05.2017    çap et  çap et