525.Az

Amaşov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kənddə oldu


 

Amaşov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kənddə oldu<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov mayın 26-da Laqodexinin azərbaycanlılar yaşayan Qabal kəndində olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ə. Amaşov kənddə yaşayan soydaşlarımızla görüşüb,  onların problemləri ilə maraqlanıb.
 
“Mən Qabala ilk dəfədir ki, gəlirəm. Məqsədim kənddə yaşayan soydaşlarımızla görüşmək, sizin problemlərinizlə tanış olmaqdır”, deyə Ə. Amaşov bildirib. O,  həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların sülh içində yaşadıqlarını deyib: “Gürcüstan tolerant bir ölkədir. Burada soydaşlarımız gürcülərlə birlikdə  Gürcüstanın dövlətçiliyini yaşadırlar”.
 
Qabal kənd icra nümayəndəsi Namaz Allahverdiyev və digər sakinlər kəndin problemləri barədə Əflatun Amaşova ətraflı məlumat veriblər.  Görüşdə bildirilib ki, Laqodexi rayonunun Qaracalar, Gəncəli, Uzuntala, Qabal kəndlərində 15 minədək azərbaycanlı yaşayır. Kənd əhalisi qazanc məqsədi ilə Türkiyəyə, Azərbaycana üz tutur. Qabal sakinləri kənddə mal-qara və kiçik heyvanlar üçün örüş yerinin, idman zalı, uşaq bağçası, mədəniyyət evinın olmadığını, orta məktəbin təmirə ehtiyacı olduğunu nəzərə çatdırıblar. Ə. Amaşov problemlərin imkan daxilində həllinə çalışacağını bildirib.
 
Sonra Ə. Amaşov Laqodexi rayon icra başçısı K. Camburia ilə görüşüb. Ə. Amaşov həmçinin Mədəniyyət Evində Gürcüstanın Müstəqilliyinə həsr olunan konsertdə gürcü xalqını əlamətdar gün münasibətilə təbrik edib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov və jurnalistlər iştirak edib.
 





27.05.2017    çap et  çap et