525.Az

Misir Liviya ərazisinə hava zərbələri endirdi


 

Misir Liviya ərazisinə hava zərbələri endirdi<b style="color:red"></b> Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların mövqelərinə altı hava zərbəsi endirib.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Misir Hərbi Hava Qüvvələrinin  komandanı Sakar əl-Cəruşi bildirib.
 
Onun sözlərinə görə, silahlıların mövqelərinə hava zərbələri Liviya tərəfindən əlaqələndirilib.
 
Zərbələrin hədəfləri düşərgələr və silah anbarları olub. Hava zərbələri Liviyanın şərq hissəsinə endirilib.
 





27.05.2017    çap et  çap et