525.Az

Yol qəzasında üç nəfər xəsarət alıb


 

Yol qəzasında üç nəfər xəsarət alıb<b style="color:red"></b>

Zaqatalada ağır yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Əliabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Ramil Mikayılovun idarə etdiyi “VAZ-2109” markalı, 62 BF 909 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
 
Nəticədə sürücü və maşında olan sərnişinlər – Zaqatala şəhər sakini 24 yaşlı Anar Bəxtiyar oğlu Hüseynov və Bakı şəhər sakini, 24 yaşlı Araz Akif oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

 





08.05.2013    çap et  çap et