525.Az

BNA "Məktəblilərlə Bir Yoldayıq" layihəsinə start verdi


 

BNA "Məktəblilərlə Bir Yoldayıq" layihəsinə start verdi<b style="color:red"></b> Bakı Nəqliyyat Agentliyinin (BNA) “Bir Yoldayıq” sosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıq” layihəsinə start verilib.
 
BNA-dan “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək.
 
İlk təlimlər Bakı şəhəri Binqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 126, 244 və 246 saylı orta məktəblərində təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edilib. BNA Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb. 

Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə BNA-nın azyaşlılar üçün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları  təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb.
 
Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.
 





27.05.2017    çap et  çap et