525.Az

“Naxçıvan” Universitetində Respublika günü qeyd olundu


 

“Naxçıvan” Universitetində Respublika günü qeyd olundu<b style="color:red"></b>

28 May Respublika günü ilə əlaqədar “Naxçıvan” Universitetinin ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib.

Ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov tədbiri açaraq bildirib ki, 1918-1920-ci illərdə Azərbaycan bütün müsəlman Şərqində ilk demokratik respublika formasında dünyəvi dövlət qurub. Bu respublika ölkəmizin çoxəsirlik tarixi inkişafının, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.

Konfransda Ümumi tarix kafedrasının müəllimləri - dosent Elçin Zamanovun, Vaqif Hüseynovun, tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Sərxan Mustafayevin çıxışları dinlənilib. Qeyd olunub ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir. Çünki Cümhuriyyətin yaradılması o dövrkü şəraitdə Azərbaycan milli-azadlıq hərəkatının qarşısına qoyduğu  vəzifələrin uğurla həyata keçirilməsini bir daha nümayiş etdirdi. Azərbaycan xalqının , onun mütəfəkkir insanlarının müstəqilliklə bağlı arzu və istəkləri demokratik respublikanın yaranması ilə nəticələnib.

 





27.05.2017    çap et  çap et