525.Az

“Xəzri” İstanbuldakı uşaq şənliyində


 

“Xəzri” İstanbuldakı uşaq şənliyində <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Xəzri” rəqs ansamblı və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi Emin Məmmədov İstanbulda keçirilən 22-ci türk dünyası uşaq şənliyində iştirak ediblər.

İdarədən AZƏRTAC-a bildirilib ki, Türk Dünyası Araşdırmalar Vakfı (TDAV) tərəfindən keçirilən festivalda Azərbaycan, Tatarıstan, Əfqanıstandan, həmçinin Krım tatarları, Axıska türkləri, Makedoniya türkləri, Bolqarıstan türkləri və bir çox türkdilli dövlətlərin 14 rəqs qrupu çıxış edib. Festivala türk dövlətlərindən 350 şagird və 60 müəllim qatılıb.

Festivalda Krımdan “Cəmilə” xalq rəqs qrupunun ifasında “Dostluq”, Azərbaycandan “Xəzri” rəqs ansamblının ifasında “Bayram süitası”, Axıska türklərindən “Axıska atəşi” xalq rəqs qrupunun ifasında “Bar-Qarabağ-Ləzginka”, Türkiyədən “Bakırköy Əhməd Hamdi Tanpınar” xalq rəqs qrupunun ifasında “İzmir Zeybeği” və digər rəqs qruplarının rəqsləri nümayiş olunub.

Həmçinin festival çərçivəsində türk dünyası uşaqlarının səs yarışması keçirilib. Səs yarışmasında Türkmənistan, Krım türkləri, Azərbaycan, Kosova, Kərkük türkləri, Əfqanıstan, qaqauzlar, Kipr Respublikası, Axıska türkləri iştirak ediblər.

Səs yarışmasında ölkəmizi C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin vokal sinfinin şagirdi Emin Məmmədov “Evləri var xana-xana” xalq mahnısı ilə təmsil edib. Birinci yerə Türkmənistan, ikinci yerə Moldova qaqauzları, üçüncü yerə isə Azərbaycan layiq görülüb.

 





27.05.2017    çap et  çap et