525.Az

Rustavi şəhərində Heydər Əliyevin adını daşıyan park açılacaq


 

Rustavi şəhərində Heydər Əliyevin adını daşıyan park açılacaq<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanda səfərdədir.

525.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Azərbaycan xalqımın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gürcüstanda təşkil olunan bir sıra tədbirlərdə iştirak edəcək. Səfər proqramına paytaxt Tbilisidə Ulu Öndərin adını daşıyan parkın, sahil bağında Heydər Əliyev memorialının ziyarət olunması, Gürcüstan Mədəniyyət Nazirliyində görüş, Rustavi şəhərində Heydər Əliyev parkının açılışı daxildir.

Bundan əlavə, mədəniyyət və turizm naziri Tbilisinin Botanika bağında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarını ziyarət edəcək, böyük ədibin ev-muzeyinin təmir-bərpadan sonra açılışında iştirak edəcəkdir.
 





08.05.2013    çap et  çap et