525.Az

"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim etdi


 

"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim etdi<b style="color:red"></b>

Böyük Britaniyanın "Rolls-Royce" şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.

"Report"un "Autonews" şirkətinə istinadən verdiyi məlumata görə, şirkətin "Sweptail" yeni və yeganə modeli İtaliyada keçirilən "Villa" eleqantlıq müsabiqəsində nümayiş olunub.

Məlumata görə, "Sweptail" sırf əl işidir və 1930-cu illərin "Rolls-Royce" avtomobillərinin üslubuna xas dizayn edilib.

Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, "Rolls-Royce Sweptail" dünyanın ən bahalı avtomobili hesab edilir.

 





29.05.2017    çap et  çap et