525.Az

Səs yığa bilmədi və "Maşın"dan getdi


 

Səs yığa bilmədi və "Maşın"dan getdi<b style="color:red"></b>

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şounun növbəti buraxılışında iştirakçılar aktyor Səbuhi Xanlarovun şəklini atıblar.

Axşam.az-ın məlumatına görə, sənətçi səs topladığı təqdirdə rejissor Kənan Mahmudovu oyundan uzaqlaşdıracağını bildirib.

Rejissor tamaşaçılardan S.Xanlarova "getsin"ə səs verməyi xahiş edib:

“Mənim hacı, biznesmen dostlarım yoxdur. Mənimki kasıb insanlardır. Kimin imkanı varsa, Səbuhiyə “getsin”ə sms göndərsin. Uşaqlar valideynlərindən, evli xanımlar isə yoldaşlarından icazəsiz mənə səs göndərməsin. Haqqımı halal etmərəm”.

Veriliş boyu tərəflər arasında qarşıdurma yaşanıb.

Sonda aktyor 46,21 faiz səs yığaraq oyundan özü gedib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

 





31.05.2017    çap et  çap et