525.Az

KİVDF yeni yazı müsabiqəsi elan etdi


 

KİVDF yeni yazı müsabiqəsi elan etdi<b style="color:red"></b>

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Bildirilib ki, iclasda fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi və cari məsələlər müzakirı olunub.

Müşahidə Şurasının sədri gündəlikdə olan birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə təşkil olunacaq növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edəcəyini bildirib. Vüqar Səfərli müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın verilməsini təklif edib. İcraçı direktor bildirib ki, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılması nəzərdə tutulur.

Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, üzvlərdən - Bəxtiyar Sadıqov, Faiq Qurbanov və Müşfiq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin sonunda müsabiqənin 2017-ci il may ayının 31-dən iyul ayının 11-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

 





31.05.2017    çap et  çap et