525.Az

Bakı Qarnizonunun hauptvaxtına baxış keçirilib


 

Bakı Qarnizonunun hauptvaxtına baxış keçirilib<b style="color:red"></b>

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Bakı Hərbi Qarnizonu üzrə Hərbi polisinin Biləcəridəki hauptvaxtına uzunmüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi saxlanılma şəraitinin və rəftarın araşdırılması olub.
 
Araşdırma zamanı təmirdən sonra istifadəyə verilmiş bu müəssisənin standartlara uyğun olduğu, saxlanılan hərbi qulluqçular üçün lazımi şərait yaradıldığı müəyyən edilib.
 
Qrupun üzvləri hauptvaxtın bütün ərazisinə və obyektlərinə, o cümlədən çavuş və müdavimlər, habelə əsgərlər üçün kameralara, inzibati otaqlara, yeməkxanaya, mətbəxə, hamama baxış keçiriblər.
 
MPQ-nin üzvləri hauptvaxtda saxlanılan hərbi qulluqçularla görüşüb, onların saxlanılma şəraitini və sənədləşməni araşdırıblar.
 
Hərbi qulluqçular saxlanılma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.
 
MPQ-nin üzvləri müəssisə rəhbərliyinə müvafiq tövsiyələr veriblər.

 





08.05.2013    çap et  çap et