525.Az

Obama Vaşinqtonda 8 milyon dollara ev aldı


 

Obama Vaşinqtonda 8 milyon dollara ev aldı<b style="color:red"></b> ABŞ-ın sabiq prezidenti Barak Obama paytaxt Vaşinqtonda kirayə qaldığı evi alıb.
 
APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, Barak və Mişel Obama cütlüyü paytaxtın prestijli rayonlarından birində yerləşən evə 8,1 milyon dollar ödəyib.
 
Sabiq prezidentin nümayəndəsi Kevin Luis bildirib ki, Obama ailəsi Vaşinqtonda 2,5 il, qızları Saşa məktəbi bitirənə qədər qalmağı planlaşdırır. Bu səbəbdən kirayədə qaldıqları evi almağa qərar verib.
 
Məlumata görə, həmin evdə 9 yataq və 8 hamam otağı var.
 
Qeyd edək ki, B. Obama 2009-2017-ci illərdə ABŞ-ın prezidenti olub.
 





01.06.2017    çap et  çap et