525.Az

Media rəhbərləri düşmən mövqeləri yaxınlığındakı Heydərabad qəsəbəsində


 

Media rəhbərləri düşmən mövqeləri yaxınlığındakı Heydərabad qəsəbəsində <b style="color:red"></b> Naxçıvan Muxtar Respublikasında səfərdə olan KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Sədərək rayonunun düşmən mövqelərinin yaxınlığında yerləşən Heydərabad qəsəbəsinə gedib.
 
APA-nın məlumatına görə, qəsəbə haqqında məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, Heydərabad hava yolu ilə düşmən mövqelərindən 500 metr məsafədə yerləşir.
 
1990-cu ildən burada döyüşlər getdiyini deyən Y. Seyidov 1992-ci ildən sakinlərin məcburiyyət qarşısında evlərindən köçürüldüyünü bildirib.
 
Onun sözlərinə görə, atəşkəsdən sonra sakinlər qəsəbəyə qayıtsa da, yaşayış evləri bərbad vəziyyətdə olub.
 
"Qəsəbə 2010-cu ildə tam yenidən qurulub, 84 yeni yaşayış evi tikilib və ya bərpa edilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axarı ilə davam edir", - deyə Y. Seyidov bildirib.
 
Media rəhbərləri Heydərabad Tarix Diyarşünaslıq muzeyində də olublar.
 
Baş redaktorlar daha sonra qəsəbədəki hərbi hissəyə baş çəkib, hərbçilərlə görüşüblər.
 





01.06.2017    çap et  çap et