525.Az

Lenin ləqəbli döyüşçü Şuşanın işğalından danışır (VİDEO)


 

Lenin ləqəbli döyüşçü Şuşanın işğalından danışır <b style="color:red">(VİDEO)</b>

Əsl həqiqəti əks etdirən faktlar isə ANS-in arxivindəki kadrlardı. Şuşanın iştğalı ərəfəsində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev döyüş bölgəsində Lenin ləqəbli döyüşçüdən müsahibə götürmüşdü. ANS PRESS həmin müsahibəni olduğu kimi təqdim edir.

Vahid Mustafayevin Müsahibəsi: “Lenin” ləqəbli döyüşçü: “Səhər məni çağıranda biz öz mövqelərimizə keçdik. Bizim nişançı yarali idi. 3 barmağı yaralanmışdı. Onu təcili apardılar. Mən yuxarı gedəndə bir yaralını çıxardım. Bizdə yuxarıda digər hissədə öz çadırımız var idi. Orada tibb məntəqəsi var idi. Mən ora gələndə artıq o çadır yox idi. Orada ancaq yaralılar və meyitlər var idi. Mən özümü lənətlədim ki, onu ora gətirdim həmin yaralını. Mən 4 yaralını da götürməli oldum. Biz olduğumuz yer yeganə yer idi ki, hələ tutulmamışdı, bizim idi. Mən bütün yaralıları mümkün olan yerə çıxarmağa başladım.

-Yaralılar çox idi?

-Meyitlərdən yeddisi Turşsudan, 3-ü Bakıdan, 2-si Şəkidən idi. Onlar yerli polis idilər. Qalanlarına isə dedik ki, getsinlər. Çünki yol bağlı idi. Bizim tankdan başqa texnikamız yox idi. Biz məhv etmək məcburiyyətində idik. Bizə saat 2-də əmr verdilər ki, biz texnikanı məhv edək. Amma mən əmin idim ki, bizim komandanlıq fikrini dəyişər. Mən axşam saat 7-yə kimi texnikanı saxlamışdım. Mən fikirləşdim ki, havaya nə isə qaldırarlar, bizi xilas edərlər. Amma bu olmadı. Strukturu dəyişmək lazımdır. Bizdə var axı bu, niyə eləmirlər? Mən çox xahiş edirəm, bu rütbələri verirlər, onları verməsinlər. Çox rütbələr verirlər. Biri mayordur, biri podpolkovnik. Amma başlarında heç nə yoxdur. Onlar bizi qabağa verirlər. Biz hər şeyi bilirik. Tankı, texnikani bilirik. Amma onlar heç nə bilmirlər. Deyəndə ki, tank ondan ötrü deyil ki, onu hara gəldi salasan, meyitləri çıxarasan. Bizdə meyit olmamalıdır. Amma ermənilər düz edirlər. Onlarda hər şey planlıdır və adama elə gəlir ki, bizim rəhbərlik onlara işləyir. Elə də var. İndi bizdə prezident kürsüsü uğrunda mübarizə gedir. İndi bizə öz torpağımızı xilas etmək lazımdır. Biz artıq onu itiririk. Qoy bizi aldatmasınlar ki, Şuşa bizimdir. Şuşanı itirmişik biz. Yoxdur Şuşa. Məndən bu qədər. Vəssalam”.


 





08.05.2013    çap et  çap et