525.Az

Məşhur astrofizik İsraili boykot etdi


 

Məşhur astrofizik İsraili boykot etdi<b style="color:red"></b>

Həyatını bəşəriyyətin sirlərini çözməyə həsr edən məşhur ingilis astrofizik Stiven Houkinq İsrail prezidenti Şimon Peresin ev sahibliyilə Qüdsdə keçiriləcək konfransa iştirak etməyəcəyini bildirib.

Houkinq bu qərarını İsrailin Fələstinlilərə qarşı nümayiş etdirdiyi davranışlarla izah edib.

Qüdsdə gələn ay keçiriləcək illik konfransda bütün dünyadan yüksək səviyyəli qonaqlar iştirak edəcək. Kembric Universitetində riyaziyyat professoru olan Houkinq keçən həftə Peresə yazdığı məktubda konfransda iştirakla bağlı fikrini dəyişdirdiyini bildirib. O, Fələstinlə bağlı əldə etdiyi məlumatlara əsaslanaraq konfransı boykot etdiyini vurğulayıb.

TRT

 





08.05.2013    çap et  çap et