525.Az

Gülər Əhmədovanın YAP-dan çıxarılması xəbəri təkzib olundu


 

Gülər Əhmədovanın YAP-dan çıxarılması xəbəri təkzib olundu<b style="color:red"></b>

“Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. Bəzi mətbuat orqanlarında yazdığı kimi, YAP Siyasi Şurasının üzvü deyil”.

APA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı G. Əhmədovanın YAP Yasamal rayon təşkilatının üzvü olduğunu xatırladıb: “Onun partiyada qalıb-qalmaması məsələsi partiya nizamnaməsinə uyğun şəkildə həll olunacaq. Bu məsələ rayon təşkilatında müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək. Onun guya YAP-dan çıxarılması barədə bəzi mətbuat orqanlarında verilən məlumatlar doğru deyil. Bununla bağlı kimlərsə açıqlama verib, lakin bunlar yanlışdır. Partiyanın mövqeyini yalnız mətbuat xidməti və aparata daxil olan şəxslərin ifadə edə bilər”.

 





01.10.2012    çap et  çap et