525.Az

Media rəhbərləri Şərurun təhsil müəssisələri ilə tanış oldular


 

Media rəhbərləri Şərurun təhsil müəssisələri ilə tanış oldular<b style="color:red"></b> Naxçıvanda səfərdə olan KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Şərur rayonuna səfər edib.
 
APA-nın məlumatına görə, Şərur rayon 2 saylı tam orta məktəbə baş çəkən media rəhbərlərinə məktəbin direktoru Sevil Hacıyeva təhsil müəssisəsi barədə məlumat verib.
 
O, burada 120 müəllimin çalışdığını, 800-dək şagirdin təhsil aldığını bildirib.
 
Direktor deyib ki, ötən il məktəbdən məzun olan 56 şagirddən 35-i ali məktəbə qəbul olub, onlardan 8-i 500-dən çox bal toplayıb. Bu il isə məktəbi 43 məzun başa vurur, onlardan 40-ı ali məktəbə sənəd verib, qəbul imtahanlarının birinci mərhələsində 23 nəfər ali məktəbi qazanıb, 3 nəfəri 500-600 bal toplayıb.
 
Məktəbin təməlinin 1986-cı ildə qoyulduğunu qeyd edən S. Hacıyeva məktəbin 2015-ci ildə sökülərək yerində 4 mərtəbəli yeni binanın tikildiyini deyib: "Yeni binanın tikilməsi ilə şagird yeri artırılıb. Bundan başqa, təhsildə yeniliklərin tətbiqinə imkan verən müasir sinif otaqları yaradılıb".
 
Media rəhbərləri Şərur rayon Peşə və Sürücülük məktəbində də olublar.
 
Məktəb barədə məlumat verən təhsil müəssisəsinin direktoru Vəfadar Ələkbərov bu günə qədər 1927 nəfər müdavim qəbul edildiyini, 1739 müdavimin sertifikatla təmin olunduğunu söyləyib. Direktor deyib ki, peşə məktəbində əmək bazarında tələbat olan ixtisaslara yiyələnmək imkanı var, müdavimlərdən 880 nəfərindən 446-nın işlə təmin olunub.
 
Nümayəndə heyəti Şərur Olimpiya İdman Kompleksinə, Fizika Riyaziyyat Təmayüllü Liseyə də baş çəkib, Şahtaxtı Gömrük Məntəqəsində olublar.
 
Daha sonra qonaqlar Kəngərli rayonunun "Qarabağlar" Türbəsinə yollanıblar.
 





02.06.2017    çap et  çap et