525.Az

KİV rəhbərləri Ordubadın tarixi abidələri ilə tanış oldular


 

KİV rəhbərləri Ordubadın tarixi abidələri ilə tanış oldular<b style="color:red"></b> Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Ordubad şəhərində olub.
 
APA-nın xəbərinə görə, nümayəndə  heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində 17-ci əsrə aid Qeysəriyyə Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub.
 
Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib.
 
Muzeylə tanışlıqdan sonra nümayəndə heyəti akademik Yusif Məmmədəliyevin Ev muzeyində olub.

Muzeydə qonaqlara Y. Məmmədəliyev, onun elmin inkişafına verdiyi töhfələrdən bəhs edilib.
 
Səfər çərçivəsində KİV rəhbərləri Məmməd Səid Ordubadinin, Məhəmmədtağı Sidqinin ev muzeyləri, 14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə tanış olublar.
 
Media rəhbərləri buradan Batabat Dövlət Təbiət Qoruğuna səfər ediblər.
 





02.06.2017    çap et  çap et