525.Az

Siqaretin içində nələr var?


 

Siqaretin içində nələr var?<b style="color:red"></b>

Türkiyənin Tütün və Alkoqol Bazarını Tənzimləmə Qurumu ilk dəfə siqaretin tərkibindəki maddələri açıqlayıb.

Qurumun internet saytına yerləşdirilən məlumatda istehlakçını məlumatlandırmaq məqsədilə siqaretin tərkibindəki maddələrin açıqlandığı bildirilib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2012-ci ildə Türkiyədə 6 siqaret istehsalçısı tərəfindən 267 müxtəlif markalı siqaret bazara çıxarılıb. Siqaret hazırlanılmasında 269-u yanmış maddə olmaqla 602 maddədən istifadə edilib. Bu sırada sirkə turşusu, asetofenon, bal, benzil spirti, bolqar qızılgül yağı, etil spirti, qliserin, cökə yağı, kakao ekstratı və çubuğu, karamel, mixək yağı, süd turşusu, mentol, biyan kökü tozu, zot, evkaliptol, propilen qlikol, rom, şəkər, vanilin, yasəmən, ulduz cirə yağı kimi maddələr var.

Siqaretin kağızı üçün 25 , kənar əlavə yapışdırıcısı üçün 9, siqaret kağızının üstündəki mürəkkəb üçün 35 yanmış, filtrləmə üçün 39, filtr sarğısı üçün 51, filtr yapışdırıcısı üçün 37, uc kağızı və mürəkkəbi üçün 137 yanmamış maddədən istifadə edilir.

 





09.05.2013    çap et  çap et